London mənzərəsi təsvir olunmuş bu tablo tamaşaçıya bu məşhur şəhərə qeyri-adi bir baxış təqdim edir. İkimərtəbəli avtobusları, Tauer qalası və Temza çayı ilə tanınan səs-küylü meqapolis əvəzinə, biz burada London parklarından birinin dinc və yaşıl mənzərəsini görürük. Rəngarəng parlaq kollar, ağaclar, gur çəmənlik və buludsuz mavi səma Britaniya paytaxtı üçün o qədər də xarakterik olmayan bir mənzərədir.
Mədinə Londonu yay fəslində, yaşıllığa bürünmüş və isti günəş altında bütün rəngləri ilə parlayan bir görkəmdə görür. O, sizi xiyabanlarda gəzməyə, skamyada əyləşməyə, otların üzərinə uzanmağa — qayğısız anlara qərq olaraq ilin ən çox gözl ənilən fəslinin ətirlərindən doyunca zövq almağa, quşların cəhcəhini və yarpaqların pıçıltısını duymağa nəvazişlə dəvət edir.
Yuxarıya doğru uzanmış qeyri-standart formatlı bu əsər evinizin interyerinə üzvi şəkildə daxil olacaq, məkanda rahatlıq ab-havası yaradacaq və öz saf, parlaq rəngləri ilə əhval-ruhiyyənizi yüksəldəcək.
Related Events:
Müəllif: Mədinə Qasımova
Adı:
London
Ölçü:
110x60 sm
İnventar nömrəsi:
UK-MD-0005
Əlaqəli əsərlər:







