Mayami İncəsənət Həftəsi (2025) çərçivəsində üzən LED qalereyada "Spring" əsəri
ABŞ, Mayami, Mayami Biçdən Mayami Dauntauna qədər suların üzərində süzən səyyar ekran
4 dekabr 2025
—
5 dekabr 2025
"Spring" (Bahar) əsəri layihənin vizit kartı olan üzən LED platformasında — Mayami Biçdən Mayami Dauntauna qədər suların üzərində süzən irimiqyaslı səyyar ekranda nümayiş etdiriləcək.
Şəhərin adı ilə “Məni sevirsənmi?” sualı arasında məna oyunu quran «Mi Ami» başlığı, sərgini məkan, təsvir və tamaşaçının bir-biri ilə necə çulğalaşdığına dair bir düşüncə (meditasiya) kimi təqdim edir. Medinanın "Spring" əsəri bu dialoqu özündə təcəssüm etdirir: onun işi yenilənməni, tsiklik transformasiyanı və texnologiya ilə onun əks etdirməyə çalışdığı təbii ritmlər arasındakı zərif qarşılıqlı əlaqəni araşdırır. Mayaminin urbanistik və su mənzərəsinin dəyişkən fonunda nümayiş olunan «Spring» dinamik bir xarakter qazanaraq, tamaşaçıları onu həm rəqəmsal bir jest, həm də ətraf mühitlə canlı təmas kimi yaşamağa dəvət edir.
Medinanın əsəri, digər beynəlxalq rəssamların işləri ilə yanaşı, 4 və 5 dekabr tarixlərində, saat 16:00-dan etibarən təqdim olunacaq immersiv proqramın bir hissəsi olacaq.
LED qayıq hər gün saat 16:00-dan 16:45-ə qədər Beyfront Parkda (301 Biscayne Blvd, Miami) ictimai nümayiş üçün dayanacaq və izləyicilərə "Spring" əsərini bu üzən, nur saçan mühitdə seyr etmək üçün xüsusi imkan yaradacaq.
Art Innovation Gallery, Mayami İncəsənət Həftəsi çərçivəsində və Art Basel ilə yanaşı keçirilən rəqəmsal incəsənət və dizayn sərgisi — “Mi Ami”ni təqdim edir. Builki təqdimatın mərkəzində Medinanın “Spring” (Bahar) əsəri yer alır




