top of page

Tədbirlər

Yaz (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

Əlaqəli əsərlər:

Yaz (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

“Spring” (“Yaz”) əsəri "CTRL / CITY" layihəsi çərçivəsində Los-Ancelesdə təqdim olunacaq.

ABŞ, Los-Anceles, "The Reef" — ABŞ-ın ən böyük rəqəmsal bilbordu

27 fevral 2026

1 mart 2026

Los-Ancelesin mərkəzində (Dautaunda) yerləşən monumental şəhər ekranı — "The Reef" üzərində quraşdırılan bu əsər, sərgi məkanının ənənəvi sərhədlərini aşaraq şəhər landşaftı ilə birbaşa dialoqa girir.



Uzunluğu 736 fut olan, Şimal, Şərq və Qərb istiqamətlərinə yönəlmiş üç ekran səthi və ümumi sahəsi 40.000 kvadrat futdan çox olan "The Reef", ABŞ-ın ən böyük rəqəmsal bilbordudur. I-10 və I-110 magistralları arasında yerləşən bu platforma ölkənin ən işlək iki nəqliyyat dəhlizini əhatə edərək hər həftə milyonlarla baxış yaradır və daim hərəkətdə olan geniş auditoriyanı prosesə cəlb edir. Bu nəhəng infrastruktur mühitində “Spring” (“Yaz”) əsəri şəhər miqyasında canlanaraq öz vizual və konseptual təsirini daha da gücləndirir.

"CTRL / CITY" layihəsi çərçivəsində Medina, “Spring” (“Yaz”) əsərini ABŞ-ın ən görkəmli rəqəmsal platformalarından birində təqdim edəcək.

bottom of page