…
Mən onu 2015-ci ildən, artıq 6 ildir ki, tanıyıram. O, mənim beyin fəaliyyətimi analiz edir və yaradıcılığım haqqında soruşur. O, xəstəliyimin səbəb olduğu çətin həyat vəziyyətindən çıxmaqda mənə bir neçə il ərzində kömək edən həkim olub.
Eskizi 2018-ci ildə çəkdim. Yalnız bir il sonra həmin eskizi kətana köçürməyə başladım. Portret üzərində işləyərkən fon üçün sarı rəngdən (Kadmium sarısı) istifadə etdim. Adətən bu rəngi mənə yaxın olan insanlar üçün istifadə edirəm, çünki bu rəngin səmimi münasibəti və qayğını ifadə etdiyinə inanıram. Həkimin mərdliyini vurğulamaq üçün fonda mavi rəngdən istifadə etdim, yaşıl rəngin əlavə edilməsi ilə isə onun təmkinini və nəzakətini çatdırmaq istədim.
Portreti bitirdikdən altı ay sonra, bu əsər digər işlərimlə ("Hindistan", "Dəniz mənzərəsi") birlikdə Moskvadakı "Triumf" qalereyasında (Triumph Gallery) keçirilən “EXTENSION.AZ. Məxməri etiraflar” (“EXTENSION.AZ: Off the Velvet Chest”) silsiləsindən 10-cu sərgidə iştirak etdi. Elə oldu ki, sərgi ziyarətçilərinin əksəriyyəti bu portretin qarşısında şəkil çəkdirməyə başladılar. Portret bu günə qədər "Triumf" qalereyasında qalmaqdadır.
Sonradan bu portret həmin sərgidə nümayiş olunan digər əsərlərlə birlikdə Rusiyanın müxtəlif şəhərlərinə və qonşu ölkələrə uzun bir səyahət etdi.
Nəhayət, əsərlərimin kataloqunu həkimim Qraçova təqdim etdim.
Müəllif: Mədinə Qasımova
Adı:
Doktor Vitali Viktoroviç Qraçov
Ölçü:
80x50 sm
İnventar nömrəsi:
UK-MD-0105
Silsilə və seriyalar:






