top of page

Tədbirlər

Dərinliklər (Generativ incəsənət)

Dərinliklər (Generativ incəsənət)

Çiçəklər. Kompazisiya №7 (Generativ incəsənət)

Çiçəklər. Kompazisiya №7 (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

Qış (Generativ incəsənət)

Qış (Generativ incəsənət)

Əlaqəli əsərlər:

Dərinliklər (Generativ incəsənət)

Dərinliklər (Generativ incəsənət)

Çiçəklər. Kompazisiya №7 (Generativ incəsənət)

Çiçəklər. Kompazisiya №7 (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

Yaz (Generativ incəsənət)

Qış (Generativ incəsənət)

Qış (Generativ incəsənət)

“Time to Art” (“İncəsənət zamanı”). Almaniya, Berlin, 2025

Almaniya, Berlin, Artcrush Gallery, rəqəmsal bilbordlarda installasiya — 567 məkan

9 sentyabr 2025

14 sentyabr 2025

Builki Berlin İncəsənət Həftəsi (Berlin Art Week) ərzində .ART Registry multidissiplinar rəssam Mədinə Qasımova tərəfindən yaradılmış dinamik ictimai incəsənət layihəsi — “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”)ı təqdim edir. 9–14 sentyabr 2025-ci il tarixlərində Berlinin küçələri, stansiyaları və mühüm tarixi məkanları canlı rəqəmsal qalereyaya çevriləcək. Altı gün ərzində şəhərin adətən kommersiya reklamları üçün nəzərdə tutulan rəqəmsal ekranları incəsənət kətanlarına dönüşərək, ictimaiyyəti rəqəmsal sənət əsərlərinin işıqlı dünyasına qərq edəcək.


Kampaniya müddətində vitrinlərdən və magistral yollardan tutmuş metro və qatar stansiyalarına qədər Berlinin hər nöqtəsində 567 rəqəmsal bilbord işıqlanacaq. Bu ekranlarda Mədinə Qasımovanın yağlı boya rəsmlərindən qaynaqlanan və təbiətin üzvi ritmlərini əks etdirən “Spring” (“Yaz”), “Winter” (“Qış”), “Flowers” (“Güllər”) və “Depth” (“Dərinlik”) adlı xəyali əsərlər silsiləsi nümayiş olunacaq. Kətandan ekrana axıcı şəkildə miqrasiya edən bu nümunələr fiziki və rəqəmsal aləmlər arasındakı sərhədləri yox edir. Mədinənin studiyası ilə sıx əməkdaşlıq şəraitində hazırlanan hər bir generativ sənət nümunəsi rəssamın orijinal yağlı boya rəsmləri əsasında təlim keçmiş və rəssam tərəfindən yazılmış promtlar (təlimatlar) vasitəsilə yönləndirilmişdir.


“TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) layihəsi şəhərin ən mühüm mədəni hadisələrindən biri olan Berlin İncəsənət Həftəsi zamanı milyonlarla berlinlini prosesə cəlb edərək, şəhər məkanını incəsənət platformasına çevirəcək.


Layihə “Artcrush Gallery” ilə tərəfdaşlıq çərçivəsində reallaşdırılır. 2022-ci ildə əsası qoyulan “Artcrush Gallery”, Brüsseldən başlayaraq qlobal miqyasda rəqəmsal incəsənətin şəhər mənzərələrinə inteqrasiyasının pioneri olmuşdur. Müasir düşüncəli media tərəfdaşları ilə əməkdaşlıq edərək, “Artcrush” yüksək texnologiyalı bilbordları canlı mədəniyyət platformalarına çevirmiş və ictimai məkan anlayışına yeni nəfəs gətirmişdir.

.ART Registry rəssam Mədinə Qasımova ilə birlikdə 2025-ci il Berlin İncəsənət Həftəsi (Berlin Art Week) çərçivəsində genişmiqyaslı “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) kampaniyasını başlatdı. Sentyabrın 14-dək Berlin şəhərini 567 rəqəmsal bilbord işıqlandırdı.

bottom of page