top of page

Tədbirlər

"Daşda alov" ictimai incəsənət qurğusu (installyasiyası)

30 oktyabr 2026

—

1 noyabr 2027

Azərbaycan, Bakı, İçərişəhər, Qız qalasının yanında

Medinanın Bakının İçərişəhər ərazisindəki ictimai incəsənət qurğusu (installyasiyası)

Daşda alov (Public Art)

Daşda alov (Public Art)

Mətbuat

Əlaqəli əsərlər:

Daşda alov (Public Art)

Daşda alov (Public Art)

Daşda alov (Public Art)

Əsərin rəqəmsal ölçüsünü kəşf edin. İnstallyasiyanı ziyarət edirsinizsə, telefonunuzda artırılmış reallıq (AR) rejimini açın. Həmçinin interaktiv versiyanı dünyanın istənilən yerindən araşdıra bilərsiniz.







Əsər haqqında

Multidissiplinar rəssam Medinanın «Daşda alov» əsəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və .ART domen reyestrinin İctimai İncəsənət Proqramının ilk layihəsidir. Proqram müasir incəsənəti Bakının İçərişəhərinin tarixi mühitinə gətirməyi hədəfləyir.


Mənşəyinin bəzi yozumlarda qədim od mədəniyyəti ilə əlaqələndirildiyi Qız qalasının yaxınlığında yerləşən əsər Azərbaycanın mədəni irsində dərin kök salmış bir rəmzə müraciət edir. Bu rəmz Novruz bayramı kimi ənənələrdə də yaşayır: tonqal üzərindən tullanmaq yenilənmə ayinini ifadə edir.


Ənənəvi formaları özünəməxsus şəkildə yenidən şərh etməsi ilə tanınan Medina daş döşəməyə inteqrasiya olunmuş, işıq saçan ərklez və şüşə kompozisiyası yaradır. Kompozisiya Azərbaycan vizual mədəniyyətinin ən tanınmış motivlərindən biri olan, forması alov dillərini xatırladan butanın konturlarını izləyir.

Rəqəmsal təbəqəni kəşf edin Əsər üç vizual effektlə — bədii alov, yumşaq alov dilləri və işıq lentləri ilə interaktiv rəqəmsal formatda davam edir. Kompozisiyanın fərqli şərh variantlarını araşdırmaq üçün bir effekt seçin və onun intensivliyini tənzimləyin.

İnstallyasiya məkanında: smartfonunuzda AR (artırılmış reallıq) rejimini açın, kameraya giriş icazəsi verin və rəqəmsal təbəqəni əsərlə üst-üstə salmaq üçün ekrandakı təlimatlara əməl edin.


İstənilən yerdən: interaktiv versiyanı telefonunuzda, planşetinizdə və ya kompüterinizdə açın və kameradan istifadə etmədən kompozisiyanı araşdırın.

Hər iki format birbaşa brauzerinizdə işləyir. Heç bir tətbiq yükləməyə ehtiyac yoxdur.


Materiallar: Şüşə, plastik, ərklez , metal, LED işıqlandırma

bottom of page