İncəsənət dünyanı xilas edə bilərmi: COP29, United Nations Climate Conference (BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı) çərçivəsində “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”)
- Nov 9, 2024
- 2 min read
COP29 — United Nations Climate Conference (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransı) çərçivəsində “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) haqqında oxuyun. İncəsənətin gücü və onun dəyişikliklərə ilham vermək qabiliyyəti ilə tanış olun.

İncəsənətin dünyanı xilas etməyə gücü varmı?
Bu sual heyrətamiz bir əks-səda doğurur. İncəsənət bir çox hallarda dərin düşüncələrə sövq edən söhbətlərə ilham verib, mübahisəli suallar ortaya qoyub və qalıcı (bəlkə də yaddaşdan silinməyən) duyğular oyadıb. Pikassonun "Guernica" ("Gernika") əsəri güclü müharibə əleyhinə hisslər alovlandırıb, Abramoviçin "The Artist is Present" ("Rəssam buradadır") performansı insan empatiyasını və həssaslığını nümayiş etdirib, Benksinin "Girl with Red Balloon" ("Qırmızı şarlı qız") əsəri isə bir çox humanitar böhranların rəmzi rolunu oynayır — incəsənət tarixində sənətin dərin ismarıclarını və bizim onlarla nələr etmək niyyətində olduğumuzu nümayiş etdirən bəlkə də yüzlərlə belə nümunə var.

Lakin incəsənətin gücünün gözardı edilməməli olan daha bir tərəfi var: incəsənət yalnız insanlar buna icazə verdikdə qüdrətli olur. Yəni, incəsənət ətrafındakı müzakirələr, tənqidlər, heyranlıqlar — məhz fərdin əsərləri ətrafında bir araya gəlmək incəsənəti güclü edir. İnsanların "Guernica"("Gernika") əsərini müharibə əleyhinə sarsılmaz bir simvol kimi əbədiləşdirməsi, Abramoviçin sükutu qarşısında göz yaşı tökməsi və Benksinin hər bir yaradıcılıq müdaxiləsini şərh etməsi küçümsənilməməlidir. İncəsənət insanları fəaliyyətə səsləyir və insanlar bu çağırışa cavab verdikdə dəyişiklik baş verir.
Sözsüz ki, bizim “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) kampaniyamızın gücü də məhz bundadır. Bizim işimiz birliyin dəyişiklik üçün bir təməl olduğunu xatırlatmaq və buna ilham verməkdir. Zamanın gətirdiyi böhranlar insanları bir araya gəlməyə sövq etdiyi kimi, incəsənət də eyni təsiri bağışlayır. Builki COP29 — United Nations Climate Conference (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransı) çərçivəsində biz, bizə hər gün incəsənətin şəfaverici gücünü xatırladan rəsmi rəssamımız Mədinə Qasımovanın əsərlərini nümayiş etdiririk.
COP29 — United Nations Climate Conference (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konfransı) çərçivəsində onun parlaq tabloları generativ süni intellekt texnologiyası vasitəsilə canlandırılaraq, 6 əsərin hər birinə təbiətin ritmləri ilə nəfəs almaq imkanı verir. Beləliklə, rəssamın yaradıcılığı bizə təbiətlə olan bağlılığımızı xatırladır, bizi bu bağı gücləndirməyə və ətraf mühitə qayğı ilə yanaşmağa səsləyir. Bu animasiya olunmuş əsərlərin konfransın ev sahibi olan Bakı şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi həm iştirakçılara, həm şəhər sakinlərinə, həm də qlobal izləyicilərə böhran zamanlarında ehtiyac duyulan o bədii çarəni xatırladır. Beləliklə, kampaniyamız sadəcə rəngarəng bir nümayiş olmaq hüdudlarını aşaraq incəsənətin gücü, birliyin gücü və insanların gücünün canlı xatırlatmasına çevrilir.
Odur ki, Qasımova kimi fəaliyyət çağırışları yaradan dünya rəssamlarına deyirik: yaratmağa davam edin. Planetimizin dəyişiklik yaradanlarına isə: cavab verməyə davam edin. İncəsənətin əsl gücü məhz budur.
Art.art üçün Rachel Suleymanov (Reyçel Süleymanov) https://art.art/blog/can-art-save-the-world-time-to-art-at-cop29



Comments