“From Canvas to Code” (“Kətandan Koda”): Mədinə Qasımovanın Metaverse debütü
- Jul 15, 2025
- 2 min read
Rəssam Mədinə Qasımova boyakarlıq və generativ incəsənəti bir araya gətirən möhtəşəm “From Canvas to Code” (“Kətandan Koda”) sərgisi ilə metaverse debütünü edir. Layihə rəqəmsal irsin qorunmasının gələcəyinə həsr olunmuş vebinarla paralel olaraq təqdim edilib.

Fiziki cəhətdən artıq mövcud olmayan bir məkanda mədəniyyəti qoruyub saxlamaq nə deməkdir? Rəssamlar rəqəmsal formaya necə emosional dərinlik və autentiklik gətirirlər? Məhz bu suallar rəssam Mədinə Qasımovanın iyulun 24-də "IMX3.art"ın dəstəyi ilə "FATVillage Metaverse" platformasında start götürən “From Canvas to Code” (“Kətandan Koda”) adlı debüt metaverse sərgisinin mərkəzində dayanır.
Sərginin premyerası ".ART Domains" və "IMX3.art"ın birgə təşkilatçılığı ilə keçiriləcək "Metaverse-də incəsənət: Sərgiləmə və mühafizənin yeni üfüqləri" ("Art in the Metaverse: New Frontiers of Exhibition and Preservation") adlı canlı vebinar zamanı qeyd olunacaq.
Yeni Növ Sərgi
Mədinənin yaradıcılığı ənənəvi boyakarlıq və generativ rəqəmsal incəsənətin kəsişməsində qərarlaşır. “From Canvas to Code” (“Kətandan Koda”) sərgisində rəssamın statik tabloları dinamik "rəqəmsal əkizlər" (digital twins) ilə tamamlanır — bu, onun orijinal əsərləri əsasında öyrədilmiş və rəssamın öz yazdığı prompтlar (mətn təlimatları) ilə yönləndirilmiş interaktiv generativ əsərlərdir. Nəticədə fırça zərbəsi ilə alqoritmin, emosiya ilə interaktivliyin qüsursuz vəhdəti yaranır.
"Ənənəvi incəsənət təcrübəsi ilə immersiv rəqəmsal təcrübənin kəsişməsində Mədinə Qasımovanın bədii baxışı taktil (toxunma hissi) və alqoritmik olanlar arasında körpü yaradır." — .ART Registry
"IMX3" və Mədinənin öz studiyası ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu sərgi, desentralizasiya olunmuş immersiv məkanda incəsənət yaratmağın və onunla təmasda olmağın mahiyyətini yenidən canlandırır. Bu layihə üçün Florida ştatının Fort-Loderdeyl şəhərində yerləşən və hazırda sökülmüş "FATVillage" İncəsənət Kvartalının rəqəmsal əkizi olan "FATVillage Metaverse" platformasından daha uyğun bir məkan tapmaq çətin olardı.
Məssamla tanışlıq
“.ART” Reyestrinin rəsmi rəssamı və .ART-ın “Healing Power of Art” ("İncəsənətin şəfaverici gücü") təşəbbüsünün ilham mənbəyi olan Mədinə Qasımova öz yaradıcılığına dərin şəxsi təcrübə gətirir. Doğuş zamanı ölümə yaxın təcrübə (klinik ölüm) yaşamış rəssamın yaradıcılıq praktikası dözümlülük və insan ruhu ilə dərin bağlılıq üzərində qurulub. Onun sənət əsərləri daxili aləm, transformasiya və həyatda qalma mövzularında poetik meditasiya xarakteri daşıyır.
“Onun yaradıcılığı hər birimizin daxilindəki sonsuz potensialı xatırladan bir ümid mayakıdır”. — .ART Registry
Bu metaverse debütü Mədinə üçün mühüm bir yeni mərhələdir; o, özünün dərin şəxsi və boyakarlıq üslubuna sadiq qalaraq yaradıcılıq sərhədlərini immersiv rəqəmsal məkana qədər genişləndirir.
Niyə bu vebinarda iştirak etməlisiniz?
Mədinənin sərgisinin premyerası ilə yanaşı, vebinar çərçivəsində ekspertlərin iştirakı ilə "dəyirmi masa" keçiriləcək. Bu müzakirədə Metaverse-in sərgi dizaynını, rəqəmsal mühafizəni və mədəni yaddaşın gələcəyini necə yenidən formalaşdırdığı araşdırılacaq.
Spikerlər sırasına daxildir:
🎤 Gaia Calcaterra – Architexture LLC-nin təsisçisi
🎤 Leah Brown – IMX3-ün bədii rəhbəri
🎤 Edward Muñoz-Toro – IMX3-ün texniki direktoru (CTO)
🎤 Daria Kravchuk – .ART Domains-in incəsənət və strateji tərəfdaşlıqlar üzrə rəhbəri
🎤 Jeff Sass – .ART Domains-in marketinq direktoru (CMO)
🎤 Elena Zavelev – HUG.art-ın baş redaktoru və .ART Domains-in strateji məsləhətçisi
Art.art saytındakı məqalədən https://art.art/blog/from-canvas-to-code-medina-kasimovas-metaverse-debut-live-webinar-on-art-in-the-metaverse



Comments