Mədinə Qasımova Mayami İncəsənət Həftəsini işıqlandırır
- Dec 7, 2024
- 2 min read
Miami Art Week çərçivəsində "Reflective Surfaces" ("Əksetdirici səthlər") sərgisində Mədinə Qasımovanın transformasiyaedici rəqəmsal sənətini kəşf edin. İncəsənət və təbiətin mütləq görülməli vəhdəti!

2024-cü il Mayami İncəsənət Həftəsi çərçivəsində, .ART Registry-nin rəsmi rəssamı Mədinə Qasımova Art Innovation Gallery tərəfindən təşkil olunan "Reflective Surfaces" ("Əksetdirici səthlər") rəqəmsal incəsənət sərgisində diqqət mərkəzində olarkən, incəsənət və texnologiya unudulmaz bir mənzərədə qovuşdu. 2024-cü il 6–8 dekabr tarixlərində Biskeyn bulvarı 401 ünvanında yan almış gəmidə, sahilin parıldayan suları fonunda keçirilən bu sərgi Mayaminin əfsanəvi dəniz mənzərəsini füsunkar bir kətana çevirdi.
Bu sərgi niyə belə böyük rezonans doğurub?
"Reflective Surfaces" ("Əksetdirici səthlər") sərgisi sadəcə bir nümayiş deyildi — o, təbii və rəqəmsal dünyaları birləşdirən canlı, nəfəs alan bir incəsənət instalyasiyası idi. Rəqəmsal əsərlər dalğaların hərəkəti, işıq oyunu və Mayami sularının dinamikası ilə qarşılıqlı əlaqə quraraq, incəsənət və təbiət arasında unikal dialoq yaratdı.

İştirak edən 50-dən çox dünya rəssamı arasında Mədinə Qasımovanın "Depths" ("Dərinliklər") adlı generativ şah əsəri öz ovsunlayıcı əksləri və canlı təsvirləri ilə seçilirdi. Dözümlülük və qarşılıqlı əlaqə mövzularını özündə cəmləşdirən bu əsər, yaradıcılığın necə əhəmiyyətli dəyişikliklərə təkan verə biləcəyinə dair vacib bir xatırlatmadır..
Mədinə Qasımova: İncəsənət və İnnovasiyanın Kəsişməsində Parlayan Ulduz
Cəmi 29 yaşında olan Mədinə rəqəmsal sənətin sərhədlərini yenidən müəyyənləşdirir. Onun transformasiyaedici əsərləri təkcə diqqəti cəlb etmir, həm də fəaliyyətə sövq edir. "Depths" ("Dərinliklər") layihəsi rəssamın Bakıda (Azərbaycan) keçirilən COP29 sammitindəki təsirli sərgisinin davamıdır. Orada onun generativ əsərləri 37 rəqəmsal ekranı bəzəyərək «TIME TO ART» (“İncəsənət zamanı”) mesajını dünyaya yaymışdı. Mədinənin yaradıcılığı iqlim dəyişikliyindən tutmuş mədəni irsin qorunub saxlanmasına qədər qlobal problemlərin həllində yaradıcılığın gücünü vurğulayır.
“Mədinənin sənəti yaradıcılığın transformasiyaedici gücünün bariz nümunəsidir”, — deyə .ART-ın təsisçisi və baş direktoru (həmçinin Mədinənin fəxr edən atası) Ulvi Qasımov qeyd edir. “Onun əsərləri sərginin əksetdirici və axıcı mühiti ilə harmonik şəkildə qovuşaraq bütün dünyada izləyicilərə ilham verir”.
Art.art saytındakı məqalədən https://art.art/blog/medina-kasimova-lights-up-miami-art-week


Comments