top of page

“TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”): Mədinə Qasımova və .ART Art Week 2025 zamanı Berlinin simasını dəyişir

  • Sep 8, 2025
  • 2 min read

Reklam ekranları sənət əsərlərinə çevrildikdə nə baş verir? Bir həftə ərzində Berlində .ART və Mədinə Qasımova bütün şəhəri əhatə edən rəqəmsal layihə ilə istehlak mədəniyyətini yaradıcılıqla əvəzləyirlər.



Berlin Art Week 2025 yalnız qalereya divarları daxilində məhdudlaşmır — bu il şəhərin özü bütövlükdə sərgi məkanına çevrilir. 9–14 sentyabr tarixlərində Berlinin küçələrində, stansiyalarında və əsas rəmzlərinin yaxınlığında yerləşən 567-dən çox rəqəmsal bilbord reklam əvəzinə sənət nümunələri ilə işıqlanır.


The project, titled TIME TO ART, is a collaboration between multidisciplinary artist Medina Kasimova, .ART Registry, and Artcrush Gallery, supported by STROËER and BLOWUP MEDIA.

“TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) adlı bu layihə multidissiplinar rəssam Mədinə Qasımova, .ART Reyestri və “Artcrush Gallery”nin əməkdaşlığıdır; layihə “STROËER” və “BLOWUP MEDIA” tərəfindən dəstəklənir.


Ekranlar kətana çevrildikdə


Məhsulların təşviqi əvəzinə, Berlinin ekranları indi Qasımovanın yuxuvari seriyaları — “Spring” (“Yaz”), “Winter” (“Qış”), “Flowers” (“Güllər”) və “Depth” (“Dərinlik”) ilə nura boyanır. Hər bir əsərin kökü rəssamın yağlı boya tablolarına dayanır; bu əsərlər onun şəxsi kətanları üzərində öyrədilmiş və özünün yazdığı prompтlarla (mətn təlimatları ilə) yönləndirilmiş generativ texnologiya vasitəsilə yenidən canlandırılıb.


Berlin Art Week zamanı Mədinə Qasımovanın “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) seriyası ilə işıqlanan, Berlinin müxtəlif nöqtələrində yerləşən 567 rəqəmsal bilborddan biri
Berlin Art Week zamanı Mədinə Qasımovanın “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) seriyası ilə işıqlanan, Berlinin müxtəlif nöqtələrində yerləşən 567 rəqəmsal bilborddan biri

Bu əsərlər silsiləsi fırça zərbəsi ilə piksel, kətan ilə kod arasında rəvan keçid edərək təbiətin orqanik ritmlərini özündə təcəssüm etdirir. Altı gün ərzində sərnişinlər və piyadalar incəsənəti gediləcək bir məkan kimi deyil, gündəlik ritmlərinin ayrılmaz hissəsi kimi təcrübə edirlər.


“Mədinə Qasımova və .ART layihəsinə Berlinin bütün şəhər miqyasında görünürlük qazandırdığımız üçün çox məmnunuq. Bizim missiyamız hər zaman incəsənəti hamı üçün əlçatan etmək olub — bu əməkdaşlıq həmin baxışın (vizyonun) həyata keçməsinin mükəmməl nümunəsidir”, — rəqəmsal incəsənətin şəhər mühitinə inteqrasiyasında pionerlik edən “Artcrush” qalereyasının baş icraçı direktoru Matye Frans bildirir.

Qlobal şəhərdə qlobal sənətçi


Qasımovanın yaradıcılıq praktikası boyakarlıq, heykəltəraşlıq, vitraj, mozaika və rəqəmsal medianı əhatə edərək, hər zaman dözümlülük, transformasiya və qarşılıqlı bağlılıq mövzularını tədqiq edir. Son illərdə onun əsərləri Nyu-Yorkun Tayms-skver (Times Square) meydanından və Bakıdakı COP29 konfransından tutmuş Art Basel MiamiArt Basel Hong Kong-a qədər dünyanın ən mötəbər sənət platformalarında nümayiş olunub.


Berlinin dəmir yolu stansiyalarında reklam ekranlarının ictimai qalereyalara çevrildiyi bir mühitdə sərnişinlər Mədinə Qasımovanın “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) silsiləsi ilə qarşılaşırlar
Berlinin dəmir yolu stansiyalarında reklam ekranlarının ictimai qalereyalara çevrildiyi bir mühitdə sərnişinlər Mədinə Qasımovanın “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) silsiləsi ilə qarşılaşırlar

Onun rəqəmsal və fiziki yaradıcılıq praktikası 2025-ci ildə baş tutan "From Canvas to Code" ("Kətandan koda") adlı metaverse fərdi sərgisi (IMX3.art platformasının dəstəyi ilə) kimi layihələrdə vəhdət təşkil edir. Bu sərgi rəssamın yağlı boya tablolarını interaktiv virtual mühitlərə daşıyaraq onları yeni müstəvidə təqdim edib. .ART Reyestrinin rəsmi rəssamı kimi Qasımova, eyni zamanda, incəsənətin emosional və psixoloji bərpadakı rolunu vurğulayan "Healing Power of Art" ("İncəsənətin şəfaverici gücü") təşəbbüsünü təmsil edir.


İctimai məkanın yenidən müəyyənləşdirilməsi


2022-ci ildə əsası qoyulan “Artcrush Gallery” reklam bilbordlarını sənət əsərləri ilə əvəz edərək Brüsseldən Berlinə qədər şəhər mənzərələrini yenidən təsəvvür edir. “TIME TO ART” (“İNCƏSƏNƏT ZAMANI”) layihəsi çərçivəsində bu yanaşma yeni miqyas alır: Berlinin şəhər mənzərəsi özü canlı və nurlu bir qalereyaya çevrilir — elə bir qalereya ki, burada milyonlarla insan incəsənətlə ən gözlənilməz yerlərdə qarşılaşır.


“.ART” Reyestri üçün bu kampaniya həm rəqəmsal, həm də fiziki məkanlarda incəsənətin mövcudluq imkanlarını genişləndirməklə yanaşı, rəssamlar və müəssisələr üçün rəqəmsal sığınacaq olmaq missiyasını bir daha vurğulayır.



 
 
 

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.
bottom of page